“Qurban Qurbanov kimi istəsə, alacağıq” – Tahir Gözəl

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandasının bu mövsümkü çıxışı ilə bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, bu gün jurnalistlərə açıqlamasında o, Ağdam klubunun bu il də çempion olacağına inandığını söyləyib. Deyib ki, “Qarabağ”ın Çempionlar Liqasının qrupunda oynaması onun arzusudur:

“Amma onu da başa düşürük ki, bu, çətin olacaq. Çünki Dani Kintana zədə alıb, Reynaldo isə  daha bizim oyunçu deyil”.

Tahir Gözəl bildirib ki, ÇL-in qrupuna düşmək üçün komandası güclənməlidir: “Biz bunu gözəl başa düşürük. Düzdür, bizim də müəyyən çətinliklərimiz var. Amma Qurban Qurbanov kimi istəsə, alacağıq”.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right