Elxan Məmmədov: "Danışılmış oyunlarla bağlı hər həftə UEFA-dan xəbərdalıq məktubu alırıq"

Bu gün AFFA-nın növbәti hesabat seçki konfransı keçirilir.

Newsport.az-ın məlumatına görə, konfransda qurumun baş katibi Elxan Məmmədov çıxış edib:

“Oyun alqı-satqısı virusdur. AFFA-da 21 dekabr 2016-cı ildә qanuna dәyişiklik edildi. Oyun alqı-satqısı cinayәt işi kimi qәbul edilәcәk. Rövnәq Abdullayevin tapşırığına әsasәn araşdırma başladıldı. İntizam Komitәsi artıq onlara ilk sanksiyaları tәtbiq edib. Lakin 2017-cı ildə hər həftə birinci divizionla bağlı UEFA tərəfindən xəbərdarlıq məktubu alırıq. UEFA-nın Sport Radar şirkəti ilə əməkdaşlıq müqaviləsi var. Buna görə də, dünyada baş tutan oyunların təhlili aparılır. İl ərzində 30 min oyuna nəzarət edilir. Sonda isə bütün federasiyalara məlumat göndərilir. Premyer Liqa ilә bağlı şikayәt almamışıq. Mübarizәni birgә aparmalıyıq”.

Baş katib Premyer Liqadakı komandaların sayından da danışıb: “Premyer Liqadakı komandaların sayını artırmaq istәyirik. Amma bu maddiyyata dayanır”. ("Qafqazinfo")





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right