"Məncə, bunu başqa cür demişdi" - Namiq Ələsgərov

Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” öz meydanında “Qəbələ”ni məğlub edib – 1:0.

Newsport.az-ın məlumatına görə, “ağ-qaralar”ın yeganə qolunun müəllifi Namiq Ələsgərov oyundan sonra əməkdaşımızın suallarını cavablandırıb:

- Oyuna ciddi hazırlaşmışdıq. Sevinirik ki, qalib gəldik. Hər iki komanda yaxşı oynadı.

- “Neftçi” “Qəbələ”dən daha istəkli görünürdü. İlk dövrədəki 0:8 hesablı məğlubiyyətin qisasını almağa çalışırdız?

- Bəli, belə bir şey var idi. “Neftçi”nin adı üçün oynayırdıq. Həmin məğlubiyyəti unutdarmağa çalışırdıq.

- Qələbə qolunu sən vurdun. Düşünülmüş qola oxşayırdı...

- Ondan əvvəl də 1-2 epizod olmuşdu. Çox şükür ki, şansların birindən dəqiq yararlandım.

- Çempionatın son 6 oyununa hansı motivasiya ilə çıxacaqsız? 4-cü pillədən uzaq düşmüsüz...

- Çox uzaq düşdüyümüzü deməzdim. 6 xallıq fərqdir. Şansımız var. Həm kubok üçün, həm də çempionatda müarizə aparacağıq.

- Bu qələbə sizə şans verdi?

- Bəli, həlledici matç idi. Uduzsaydıq, demək olar ki, şans qalmazdı.

- Sabiq komandan “Qarabağ” liderliyi ələ keçirdi. Çempionluq şanslarını necə dəyərləndirirsən?

- Yəqin ki, bu şansı əldən verməzlər.

- Demək olar ki, qışdan sonra ən yaxşı oyunun bu oldu?

- “İnter” və “Sumqayıt”a qarşı da yaxşı oynamışdıq. Bu da həmin oyunlarından biri oldu.

- Qış fasiləsindən sonra “Neftçi” yaxşı oyun sərgiləsə də, stabil deyil...

- Yeni komandayıq. Oyunçular yenidirlər. Digər klublarda köhnə futbolçulardı. Məncə də, səbəbi budur.

- Oyunun gedişində Tellur Müttəlimovla Dmitri Bezotosnı arasında baş verən dialoqa qulaq asırdın. Maraqlıdı, nə danışırdılar?

- Rus dilində danışırdılar. Mən də rusca o qədər də yaxşı bilmirəm. Zarafatla da dedim ki, söhbətinizi eşitdim.

- Növbəti turda “İnter”lə qarşılaşacaqsız. Qələbənin ardnı gətirə biləcəksiz?

- Əlbəttə, istəyirik ki, ardı gəlsin. Bunun üçün mübarizə aparacağıq.

- Elxan Abdullayev bildirmişdi ki, yerli oyunçu baxımından əziyyət çəkirik... 
- Məncə, bunu başqa cür demişdi. Zədəli oyunçularımız var. Buna görə belə deyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right