"Onun yoxluğu hiss olunur" - Ağabala Ramazanov

Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ” öz meydanında AZAL-ı məğlub edib.
 

Newsport.az-ın məlumatına görə, oyundan sonra "Qarabağ"ın futbolçusu Ağabala Ramazanov jurnalistlərin suallarını cavablandırıb.

- Tam ciddi hazırlaşmışdıq. Sevinirik ki, qalib gəldik.

- Düşünmürsən ki, “Qarabağ”ın oyununda eniş var?

- Deməzdim ki, eniş var. Məncə bu sualı məşqçiyə verməlisiz. Eniş yoxdu. Tam ciddi hazırlaşırıq. Bu oyunda bir neçə qol epizodunu da əldən verdik.

- “Qarabağ”a tam uyğunlaşmısan?

- Bura gələndə çətinlik çəkmədim. Çünki hamını demək olar ki, tanıyırdım. Millidə də birgə oynamışam. Uşaqlığımdan tanıdığım oyunçular da var idi. Belə baxanda çətin olmadı.

- “Qarabağ”la "İnter" fərqli oyun nümayiş etdirirlər. Sistemə öyrəşmisən?

- “İnter” 5, “Qarabağ” isə 4 müdafiəçi ilə oynayır. Çətinlik çəkmirəm.

- Dani Kintananın boşluğu əsas probelm sayıla bilər?

- Əlbəttə, Kintana önəmli futbolçudur. Onun yoxluğu hiss olunur.

- Qətərlə oyunda milli necə oynamışdı?

- Heç oyunun icmalına mən də baxmamışam (gülür). Ansi Aqolli də bildirmişdi ki, Qətər – Albaniya yoldaşlıq görüşü də elə keçib. Yəni, qapalı şəraitdə. Qolları heç mən də görməmişəm.

- Millimiz martın 26-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya qarşı oynayacaq. Bu barədə fikirlərini necədi?

- Almaniya ilə oyuna tam ciddi hazırlaşacağıq. Asan rəqib deyil.. Dünya çempionlarına qarşı mübarizə aparacağıq. Əl-qolumuzu sallamayacağıq ki, Almaniya bizə 4-5 qol vursun. Əlimizdən gələni edəcəyik.

- Fərdi keyfiyyətlərdən istifadə etməyi sevən oyunçusan. Qarşında isə dünyanın ən güclü müdafiəçiləri olacaq. Onlara qarşı necə oynayacaqsan? Driblinqlərdən istifadə edəcəksən?

- Bizdə elədir ki, hücumçu qabaqda sərbəst olmalıdı. Hər an sərbəst olmalısan. İrəli xətddə sərbəst davranmağı Robert Prosineçki tapşırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right