Bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə Məşqçilər Komitəsinin üzvlərinin görüşü keçirilib.
Newsport.az-ın məlumatına görə, görüşdə Azərbaycan milli komandalarının hazırkı durumu, mövcud problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.