"Onsuz da Bakı çempionatı gedir, bütün günü paytaxtdayıq" Orxan Sadıqlı

Azərbaycan Premyer Liqasının 22-ci turunda "İnter" doğma meydanda "Sumqayıt"ı qəbul edib.
 
Newsport.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb. "İnter"in qolkiperi Orxan Sadıqlı oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

-    Oyun haqda fikirlərini bölüşərdin. İlk hissədə bir az üşüyürdün…
-    Bəli, bir az üşüyürdüm. Qapıçı elə bir mövqeydir ki, sənə top gələndə hərəkət edirsən və yavaş-yavaş oyuna uyğunlaşırsan. Oyun yaxşı ki, uğurlu alndı. Komanda üçün əlimdən gələni etdim. Yaxşı oynadıq. Növbəti oyunlara hazırlaşacağıq.


-    Qapıda dayanmağın nə zaman dəqiqləşdi?

-    Səlahət Ağayev millinin düşərgəsindən gələndə ağrıları var idi. 2 gün əvvəldən bilirdim ki, çərçivə mənə həvalə ediləcək.


-    “Sumqayıt” qol buraxdıqdan sonra təzyiqi artırmışdı. Düşünmürdün ki, hər an qol buraxa bilərsən?
-    Cərimə meydançasında top olanda həmişə qorxursan. Həm avtoqol qeydə alına bilər, həm də rəqib səni cəzalandırmağa müvəffəq olar. Sevinirik ki, səhvsiz oynadıq. “Sumqayıt”ın da şansları oldu, həmçinin bizim də.

 

-    Bu mövsüm sənin meydana çıxdığın oyunlarda “İnter” uduzmayıb…
-    Mənlik bir şey yoxdu. Sadəcə, “Xəzər Lənkəran”da qazandığım təcrübənin faydasını görürəm. Ehtiyatda olan qapıçı komandasına lazım olanda kömək etməyi də bacarmalıdır. Hər zaman şansımı gözləyəcəm və əlimdən gələni edəcəm.


-    “Xəzər Lənkəran” dağıldıqdan sonra “İnter”ə gəldin. Sabiq klubun kimi “İnter” də dağılmaq təhlükəsi ilə üzləşib…
-    … (gülür). Məndən qabaq da bura çox oyunçular gəlib gedib. Dağıdanlar başqasıdı (gülür). “İnter” paytaxtın güclü komandasıdır. Onsuz da Bakı çempionatı gedir. Bütün günü paytaxtdayıq. Ötən iclasda AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. Komanda dağılmyacaq. Amma ola bilər ki, komanda maliyyə cəhətdən gücünü itirsin. Hər şey sponsordan asılıdır. Bu, rəhbərliyin işidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right