Bu gün Azərbaycan Pemyer Liqasında 22-ci tura yekun vurulacaq.
Newsport.az xəbər verir ki, daha iki oyun keçiriləcək. "Qarabağ" öz meydanında autsayder AZAL-ı qəbul edəcək.
Digər oyunda isə lider "Qəbələ" "Neftçi"nin qonağı olacaq. Roman Qriqorçukun komandası zirvədəki yerini qorumağa, "Neftçi" isə son pillələrdən azad olmağa çalışacaq.
14 mart
Azərbaycan Premyer Liqası
XXII tur
20:00. “Neftçi” - “Qəbələ” - 1:0
Qol: Namiq Ələsgərov, 39
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
“Bakcell Arena”
17:00. “Qarabağ” - AZAL - 1:0
Qol: Dino Ndlovu, 68
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev
“Azersun Arena”