Bu gün Azərbaycan Pemyer Liqasında 22-ci tura start verilib.
Newsport.az xəbər verir ki, günün ilk matçı Gəncədə keçirilib. "Kəpəz" doğma meydanında "Zirə"ni qəbul edəcək. Meydan sahibləri qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.
Xatırladaq ki, "Kəpəz" 8 oyun idi ki, qələbənin nə olduğunu bilmirdi. Şahin Diniyevin yetirmələri sonuncu dəfə 2016-cı il noyabrın 27-də “Neftçi”ni 2:0 hesabı ilə məğlub etmişdi.