Ruslan Abışov master-klass keçəcək

Martın 13-15-də IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində gənc atletlər və həvəskar gənclərə cüdo, güləş və futbol üzrə master-klass keçəcəklər.

Newsport.az-ın məlumatına görə, martın 13-də Olimpiya mükafatçılarımız Rüstəm Orucovla Elmar Qasımov cüdosevərləri başlarına toplayacaqlar. Master-klass “Neftçi” təlim-məşq bazasında olacaq. 

Güləş üzrə master-klass isə bir gün sonraya təsadüf edəcək. Hacı Əliyev Olimpiya Güləş Mərkəzində gənclər önünə çıxacaq.

Martın 15-də isə Azərbaycan millisinin və "Neftçi"nin şərəfini qoruyan Ruslan Abışov marter-klass keçəcək. O, futbolsevərləri Bayıl arenada gözləyəcək.

Qeyd edək ki, master-klassda iştirak edəcək insanlar yarışın feysbuk səhifəsində qalib gələnlər olacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right