“Kəpəz” hazırlığı itkisiz davam etdirir

Azərbaycan Premyer Liqasında 4-cü dövrənin ilk oyununda Gəncədə “Zirə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, komanda Bakıda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edir.

“Sarı-göylər”in 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının martın 6-dan 9-dək paytaxtda təşkil olunan təlim-məşq toplanışına dəvət olunan üzvləri Orxan Əliyev ilə Azad Kərimov artıq komandanın düşərgəsinə qayıdıb. Hər iki futbolçu dünəndən hazırlıq prosesində iştirak edir.

 

“Kəpəz”in heyətində zədəli futbolçu yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right