"Neftçi" və "Qəbələ"nin legionerləri millidə

Gürcüstan milli komandasının Serbiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup oyunu və Latviyaya qarşı yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Vladimir Vayss 24 futbolçuya dəvət göndərib. Onlardan 2-si Azərbaycan Premyer Liqasında çıxış edir. "Neftçi"nin müdafiəçisi Georgi Navalovski və "Qəbələ"nin yarımmüdafiəçisi Nika Kvekveskiri Vayssın siyahısındakı 21 legioner arasında yer alıb. Gürcüstan çempionatından isə cəmi 3 oyunçu - qapıçı Roin Kvasxvadze ("Torpedo" Kutaisi), Georgi Rexviaşvili ("Lokomotiv" Tbilisi) və Otar Kitaişvili ("Dinamo" Tbilisi) yığmaya çağırılıb. 
 
Qeyd edək ki, Serbiya ilə oyun martın 24-də, Latviya ilə qarşılaşma isə bundan 4 gün sonra Tbilisidəki "Dimamo Arena"da olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right