Millimizin üzvünə yeni müqavilə təklifi

Azəbaycan millisinin üzvü Ufuk Budak çıxış etdiyi “Manisaspor” klubu ilə yeni müqavilə imzalaya bilər.

Newsport.az-ın məlumatına görə, Manisa təmsilçisi qış transfer dönəmində tansfer etdiyi futbolçuya yeni müqavilə təklif edib.

Budakın “Manisaspor”la müqaviləsi mövsümün sonunda başa çatacaq. 27 yaşlı cinah müdafiəçisinin çıxışından razı olan klub rəhbərliyi onunla 3 illik yeni müqavilə imzalamaq niyyətindədir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Budak klubdan gələn təklifə müsbət cavab verib. Əgər komanda I liqadakı yerini qoruya bilsə, futbolçu müqaviləyə imza çəkəcək.

Qeyd  edək ki, Ufuk Budak “Manisaspor”un heyətində 4 oyuna çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right