Kamil Nurəhmədov: "Keçmişlə yaşamaq düzgün deyil"

Azərbaycan I Divizionunun 19-cu turunda İmişlinin “Mil-Muğan” klubu dogma meydanda “Zaqatala”nı qəbul edib və 0:1 hesabı ilə uduzub.

Newsport.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının layihəsi olan “I divizionda ayın ən yaxşı qolu” nominasiyasında qalib olan "Mil Muğan"ın futbolçusu Kamil Nurəhmədov jurnalistlərin suallarını cavablandırıb.

 

- Hamınızı İmişlidə görməyə şadam. Bu təkcə mənim yox, "Mil Muğan"ın uğurudu. Komandaya məni Aqil müəllim dəvət elədi və gəldim".

 

- Bir vaxtlar Milan “İnter”inə qarşı matçda Koutinyo, Kambiasso, Handanoviç və Obi kimi futbolçulara qarşı oynamışdın. Bundan əlavə, Premyer Liqada çıxış edirdin. Bu gün isə I Diviziondasan.Hisslər arasında hansı fərq var?
- I Divizionla Premyer Liqanı müqayisə etmək olmaz. Ustaıq səviyyəsi eyni deyil. Amma əvvəlki illərə baxanda indi divizionda vəziyyət yaxşıdı.

 

- Ötən mövüm "Bakı"da, bu il "Şahdağ"da qardaşınla bir yerdə oynayırdın. İndı ondan ayrı qalmaq psixoliji cəhətdən pis təsir etmir?
- Tez-tez komanda dəyişmək yaxşı hal deyil. Amma öyrəşmliyik. Futbol belədi. Mən əvvəl Avropa Liqasının qrup mərhələsində oynamışam. Amma keçmişlə yaşamaq düzgün deyil, gələcəyə baxmaq lazımdı.

 

- Seçimi sən etsəydin kimin qolunu seçərdin?
- Qolu vuranda düşünürdüm ki, 5 ən yaxşıdan biri olacam. Amma qalib olacağımı bilmirdim. Bütün qollar yaxşı idi. Raul Yaqubzadənin, Vüsal Qarayevin qolları çox gözəl idi.

 

- İmişlidə yaşamaq çətin deyil?
- Yaşamaq cəhətdən çətindi, darıxdırıcıdı.Amma futbol baxımlından hər şey yaxşıdı. Burada futbol üçün hər şey var. Klubun bazası yaxşıdı. Süni, təbii örtüklü meydanlarda məşq edirik.

 Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right