Azərbaycan I divizionunda XIX tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son oyun günündə 3 qarşılaşma keçirilib.
10 mart
“Bakılı” - “Şəmkir” - 0:3
Qollar: Elvin Mirzəyev, 47; Anar Babazadə, 83; Fərmayıl Əliyev, 90+2
MOİK - “Rəvan” - 1:1
Qollar: Aydın Qasımov, 6 // Məhəmməd Əliyev, 47
“Mil-Muğan” - “Zaqatala” - 0:1
Qol: Oruc Balaşlı, 77
Qeyd edək ki, turnir cədvəlinə 46 xalla "Turan Tovuz" başçılıq edir. "Səbail" 41 xalla 2-ci, "Zaqatala" isə 38 xalla 3-cüdür.