AFFA “Qəbələ”nin apellyasiya şikayəti ilə bağlı qərarını verdi

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. 

Newsport.az-ın məlumatına görə, aparılmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul edilib.

"Qəbələ"nin baş meneceri Zaur Əzizov, menecerlər Səbuhi Səfiyarlı, Səməd Nəsibov və Səbuhi Qarayev barəsində çıxarılan qərar qüvvədə qalıb.
 
“Qəbələ”nin futbolçusu Nika Kvekveskiri barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilib. Onun barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, futbolçu verilmiş 3 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunub. 6 aylıq sınaq müddəti ərzində gürcüstanlı futbolçu analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.  

Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – “Qəbələ” oyununun birinci hissəsindən sonra qeydə alınan qayda pozuntusuna dair “Qəbələ”nin həkimi Namiq Hüseynov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilib. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, həkim verilmiş 5 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunub. 6 aylıq sınaq müddəti ərzində həkim Namiq Hüseynov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right