Qətər - Azərbaycan oyununa hakim təyinatları açıqlandı

Bu gün Doha şəhərindəki Al Sadd stadionunda Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanı Macarıstan Futbol Federasiyasından hakimlər idarə edəcək. Görüşün baş hakimi  Ferenk Karako olacaq. Ona Peter Berettian və Balazs Buzas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saoud Al Athba (Qətər) yerinə yetirəcək.

Qeyd edək ki, matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right