Millimiz yerində saydı

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Newsport.az xəbər verir ki, yığmamız budəfəfki siyahıda ötən ay olduğu kimi 89-cu pillədə qərarlaşıb. Buna baxmayaraq, fevral ayından fərqli millimiz 8 xal itirib. Hazırda ölkəmizin aktivində 380 əmsal var.

 

Yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 3, Şimali İrlandiya 35, Çexiya 42, Norveç 81, San Marino 203-cü yerdə qərarlaşıb. Bu gün yoxlama matçındakı rəqibimiz Qətər isə 84-cüdü. Siyahının ilk iki pilləsini isə müvafiq olaraq, ötən ay olduğu kimi Argentina və Braziliya tutur. 

 

Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini aprelin 6-da açıqlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right