AZAL legionerini qovdu

Paytaxtın AZAL klubu futbolçusu Alamadine Omeqa Robertslə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, buna futbolçunun intizamsız davranışları səbəb olub. Belə ki, liberiyalı futbolçunun Azərbaycan Premyer Liqasının XXI turunda “Kəpəz”lə səfər matçında rəqibin yerdə qalan hücumçusu Julien Ebahı qəsdən təpiklə vurması, qovulmasına gətirib çıxarıb. Omeqanın müqaviləsinə bu gün xitam veriləcək.

Qeyd edək ki, Omeqa Robertsin bu hərəkəti matçın gedişində hakimin gözündən yayınsa da, AFFA-nın İntizam Komitəsi bunu cəzasız qoymayıb. Matçın videoyazısını izlədikdən sonra komitə onu 3 oyunluq cəzalandırıb. AZAL isə 2400 manat cərimələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right