UEFA Gənclər Liqasının 1/4 final mərhələsi çərçivəsində Rusiyanın ÇSKA klubu Portuqaliya "Benfikasını qəbul edib.
Newsport.az-ın məlumatına görə, bu qarşılaşmanı FIFA referimiz Əliyar Ağayev idarə edib. Matç qonaqların 2 - 0 hesablı qələbəsiylə başa çatıb.
Ağayev 90 dəqiqə ərzində 5 dəfə əlini cibinə atıb. Portuqaliya təmsilçisinin iki, Rusiya klubunun isə üç futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.