Məşhur karikaturaçı Omar Momaninin növbəti əsəri DÇ-2018-in martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyununa həsr edilib.
Newsport.az-ın məlumatına görə, əsərə “Niyə də Azərbaycan yox?” adı qoyulub və sosial şəbəkədə Azərbaycan dilində “Niyə də yox” adlı həştəq açılıb.
Sosial şəbəkədə paylaşdığı əsərdə Momani belə bir sual da qoyub: “Norveç üzərindəki qələbədən sonra Azərbaycan dünya çempionları ilə oyunda da uğur qazana biləcək?”
