Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilmiş "İnter" - "Qəbələ" matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bu barədə "Qəbələ"nin rəsmi "Facebook" səhifəsində sorğu keçirilib. Azarkeşlər arasında keçirilən sorğuya əsasən, qonaq komandanın futbolçusu Tellur Mütəllimov matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, "Qəbələ" bu oyunda 2:0 hesabıyla qalib gələrək üçüncü dövrəni lider kimi başa vurub.