"Avrokubok şansını əldən buraxmamalıyıq" Tərzin Cahangirov

"Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Amma qələbə qazanmaq istəyində idik. Çünki hədəfdə avrokuboklara vəsiqə qazanmaq istəyidir".

 

Newsport.az xəbər verir ki, bu sözlər "Neftçi"nin futbolçusu Tərzin Cahangirova məxsusdur. "Ağ-qaralar" Azərbaycan Premyer Liqasının XXI turunda öz meydanında "Zirə"yə (1-2) məğlub olub.

 

Oyundan sonra əməkdaşımızın suallarını cavablandıran yarımmüfadiəçi ilk hissəyə nisbətən, ikinci hissədə yaxşı oynadıqlarını deyib: "İlk hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci hissədə daha yaxşı oynasaq da, rəqibin vurduğu ikinci qoldan sonra tarzılığı bərpa edə bilmədik. Oyunun ədalətli nəticəsi heç-heçə idi, amma alınmadı".

 

Cahangirov "Neftçi" üçün şanssız bir gün olduğunu vurğulayıb: "Məğlubiyyətdə konkret hansısa futbolçunu və ya qapıçımız Vaylonu günahlandırmaq olmaz. Bəzən istədiklərimiz alınmır. Bu gün də şanssız günlərimizdən biri idi".

 

Futbolçu bildirib ki, avrokuboklara vəsiqə qazanmaq üçün əllərindən gələni edəcəklər: "Hələ heç nə bitməyib, 9 xal geridə olsaq da, mübarizəmizi sona qədər davam etdirəcəyik. İndi həm də əsas diqqətimizi kuboka yönəldib, avrokubok şansını əldən buraxmamalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right