"Zirə"dən əzmkar qələbə, "Kəpəz" qələbəni əldən verdi YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.
 
Newsport.az-ın məlumatına görə, III dövrənin son oyunları Bakı və Gəncədə keçiriləcək.
 
Əyalətdə 17 xalla 7-ci pillədə qərarlaşan  "Kəpəz” son sıradakı AZAL-ı qəbul edəcək. Gəncə təmsilçisi cari çempionatda "təyyarəçilər”lə görüşlərdə qol buraxmasa da, evdə məğlub etməyi bacarmayıb. Lakin səfərdə Julien Ebah dəqiq zərbəsi Şahin Diniyevin rəhbərlik etdiyi kollektivə 3 xal qazandırıb.
 
"Kəpəz” daha böyük tarixə malik olsa da, şəxsi görüşlərdə AZAL üstündür. Əvvəlki 18 çempionat oyunun 10-da paytaxt klubu, 4-də gəncəlilər qalib gəlib.
 
III dövrənin son matçı "Neftçi” ilə "Zirə” arasında baş tutacaq. Premyer Liqada 2-ci mövsümünü keçirən qəsəbə təmsilçisi ölkənin ən qocaman klubuna uduzmayan yeganə komandadır. Üstəlik, zirəlilər cari çempionatda hər iki qarşılaşmada rəqibini məğlub edib. İlk dövrədə Vüqar Mustafayev qolu ilə qalib gələn qonaqlar, ikinci dövrədə Yovan Krneta və Adil Nağıyevin dəqiq zərbələri ilə 3 xal əldə ediblər.
Ümumilikdə 6 oyundan 4-də "Neftçi”ni üstələyən "Zirə” 26 xalla 4-cü sıradadır. "Ağ-qaralar” isə 20 xalla 6-cı yerdədirlr. 
 
Azərbaycan Premyer Liqası
XXI tur
5 mart (bazar)
 

18:00.“Neftçi” – “Zirə” - 1:2 
Qol: 
Daniel Seqovia, 60-pen. (1:0), Georgi Navalovski, 62-avtoqol (1:1), Milan Duriç, 79 (1:2) 
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev
8-ci kilometr qəsəbə stadionu

15:00.“Kəpəz” – AZAL - 1:1
Qol: 
Şəhriyar Əliyev, 38 (1:0), Vaqif Cavadov, 90 (1:1)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov
Gəncə şəhər stadionu

4 mart (şənbə)

"İnter” – “Qəbələ” - 0:2 

“Sumqayıt” – “Qarabağ” - 0:4 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right