"Əsas məsələ nəticədi" - Qriqorçuk

"Aydındı ki, əsas məsələ nəticədi və biz buna nail olduq. Oyunun əvvəlində lazımsız ehtiyat və tələskənlik üzündən yaxşı oynamadıq, ancaq ikinci hissədə bunları düzəldə bildik"

Newsport.az-ın məlumatına görə, bu haqda "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqası XXI turu "İnter"ləkeçirdiyi (1:0) səfər oyununda deyib:

- Sizcə, bu tələskənlik “Sumqayıt” - “Qarabağ” oyunun nəticəsidi?

- Belə olmamalıdı ancaq ola bilsin şüuraltı təsir edib. Bu da bizə əlavə səbəb ola bilərdi. Futbolçuların qol vura bilməyəndə üzüldüyünü görürdüm. Əsas odu ki, qalib gəldik.

- Gələcəkdə Dabo ilə Subotici eyni anda start heyətində görə bilrikmi?

- Bunu əvvəldə görə bilmişik. Dabonun zədə alması buna səbəb idi. Oyunlarda meydançalar stabil olmurdu. Ancaq indi elə  düşünürəm ki, Dabo tam hazırdı

- Rasim Ramaldanovun durumu haqda...

- Düşünürdüm ki, sınıq var idi. Futbolçuların reaksiyalarından bunu gördüm. Ümid edirəm ki, belə ciddi zədə olmaz. İlk təəsürat o idi ki, ciddi zədə alıb.  

- Hazırda komanda birinci yerdədi. Fasilə yaranır və bu fasilədən komanda necə istifadə edəcək?

- Çox da böyük fasilə deyil. Sadəcə məşq üçün günlərimiz çox olacaq. Bu fasilədə hər hansı oyun üçün xüsusi məşqlər də etməyəcəyik.

- Altı futbolçu milli komandaya dəvət alıb. Bu amil növbəti oyun üçün çıtinlik yaradacaq?

- Biz başa düşürük ki, bu oyunlar vacibdi. Bizim futbolçularımızın milliyə getməsi qürurvericidi. Buna sevinirəm





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right