Samir Abasov: "Avrokubokları düşünsək də, buna hazır deyilik”

Azərbaycan Premyer Liqasının XXI turunda “Sumqayıt” öz meydanında “Qarabağ”a böyükhesabla (0:4) məğlub olub. Newsport.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov fikirlərini bildirib:

“Bu oyun bizə bir cavab oldu ki, biz hələ fikirləşdiyimiz yerə çatmaq üçün illər lazımdı. Həm çempionatda tutacağımız yer, həm də avrokuboklar...Bu gün biz Avrokuboklarda oynamış komandaya qarşı oynadıq və gücümüzü gördük. Bu səbəbdən də arzuların reallaşmasına çox var. Elə epizodlar var idi ki, bizi susmağa məcbur etdi. Oyun ərzində Fərhad və Vurğundan başqa bütün futbolçularımızda həyəcan var idi. Biz Avrokubokları düşünsək də, buna hazır deyilik”.

- Bu gün 4 müdafiəçi ilə oynadınız...

- İstəyirdik ki, mərkəz xəttini güclü edək. Birinci qollar istisna olmaqla, digər qolları “Qarabağ” yox, özümüz vurduq.  Fakt oynadığmız oyun futbolçuların həyəcanı idi. Bəhlulun üzərinə böyük iş düşsə də, öhdəsindən gələbilmədi.

- Komandanız “Qarabağ”la oyunlarda özünü göstərə bilmir və çox qol buraxır. Bunun səbəbi nədir?

- “Qarabağ”dan zərrə qədər çəkinmirik. Digər oyunları qoyaq bir kənara, əsas bu oyun idi. Əgər oynaya bilməmişiksə, deyiləcək bir şey yoxdur. Bizə çox vaxt lazımdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right