Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXI tura start verilib.
Newsport.az-ın məlumatına görə, "Qarabağ" "Sumqayıt"ı, "İnter" isə "Qəbələ"ni məğlub edib.
“Sumqayıt” - “Qarabağ” - 0:2
Qollar: Əli Əliyev, 41; Famin Əliyev, 90+1.
“İnter” - “Qəbələ” - 1:0
Qol: Əlibəy Məmmədli, 8
Qeyd edək ki, turnir cədvəlinə 44 xalla "Qəbələ" başçılıq edir, "Qarabağ" 41 xalla 2-ci, "Neftçi" isə 38 xalla 3-cüdür.