“Anama deyirdilər ki, onu bizə gətirmə” - Rəşad Sadıqov

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov “CBC Sport”da yayımlanan “İmza” verilişinin qonağı olub.

Newsport.az-ın məlumatına görə,  təcrübəli futblçu bir çox maraqlı məsələlərdən danışıb:

O, ilk önə uşaqlıq illərindən söz açıb: “O dərəcədə nadinc uşaq olmuşam ki...Özünüz fikirləşin, bir qohum digər qohumuna deyir ki, çox xahiş edirəm qonaqlıdı, bir məclisdi, amma Rəşadı gətirmə. Yəni bir anaya, bir ataya demək çox ağır bir şeydir. O həddə çatdırırdım ki,valideyinlərimlə belə bir sözlər deyirdilər. İstəyirdilər ki, məclis salamatçılıqla başa çatsın. Başım, qaşım, gözüm partlayırdı, bir yerdə durmurdum. Amma futbola getdikdən sonra həyatımda dəyişikliklər baş verdi. İndi valideyinlərimlə danışsanız, onlar da mənim sözümü təsdiqləyəcəklər ki,mən futbol oynamağa başladıqdan sonra demək olar ki, dəyişmişəm. Məktəb illərində isə səkkizinci sinifə qədər çox yaxşı oxumuşam. Bütün qiymətlərim “5” idi, cəmi iki fəndən “4” almışdım. Bütün fikrimi futbola verəndən sonra qiymətlərimdə dəyişikliklər olmağa başladı. Müəllimlərdən biri mənə deyərdi ki, nə edəcəksən? Ailəni nə ilə dolandıracaqsan? Mən də deyirdim ki, bu ayaqlarımla ailəmi dolandıracam. Sonra elə oldu ki, həmin müəllimə anamı görəndə mənimlə fəxr etdiyini demişdi”.

 
 
 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right