"İnter"lə "Qəbələ"nin 37-ci dueli

Bu həftə Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, çempionatın lideri “Qəbələ” 21-ci turda “İnter”lə qarşılaşacaq.

Paytaxtda baş tutacaq görüş rəqiblərin 37-ci dueli olacaq. İndiyədək komandalar 34 çempionat və 2 kubok, ümumilikdə isə 36 oyunda üz-üzə gəlib. Əvvəlki qarşılaşmalarda 8 qələbəsi olan “Qəbələ” 13 heç-heçə edib. Digər 15 matçda isə rəqib sevinən tərəf olub.

36 matçda 79 qol qeydə alınıb. “Qəbələ” 29, “İnter 50 dəfə fərqlənib. Bu qarşılaşmaların ən yaxşı bombardirləri Robertas Poşkus, Valter Quqlemon, Petar Zlatinov, Mikel Alvarodur. Onlar hərəyə 4 qol vurublar. Nizami Hacıyevlə Dieqo Martins 3 dəfə fərqləniblər. Onların hamısı “İnter”in formasında fərqləniblər. “Qəbələ”də isə Kənan Kərimov, Vitali Balamestnı, Yannik Kamanan, Deon Barton, Viktor Mendi, Dodo, Aleksey Qay və Aleksey Antonov hərəyə 2 dəfə “İnter”i məyus edib. Vladimir Levin və İbrahima Niasse isə hər komandada 1 qol vurub. Məhəmməd Mirzəbəyov isə “İnter”in heyətində indi çıxış etdiyi “Qəbələ”yə 2 qol vurub. Bu qollar 2014/15 mövsümünün ilk yarısına təsadüf edib.

Rəqiblərin çempionatda keçirilən 35-ci matçınadək “İnter” 14, “Qəbələ” 7 qələbə qazanıb. Bakılıların 45, “qırmızı-qaralar”ın 27 qol vurduğu matçlarda 13 heç-heçə də qeydə alınıb. Ümumilikdə isə paytaxt təmsilçisinin əvvəlki ev oyunlardında meydan sahibi 10, qonaqlar 3 qələbə əldə edib. 5 heç-heçənin gerçəkləşdiyi qarşılaşmalarda “Qəbələ” 13 top vurub, 33-nü buraxıb. Amma “qırmızı-qaralar” son 4 səfər matçında cəmi 1 dəfə uduzub. Ümumilikdə isə son 5 matçda “İnter” qələbə qazanmayıb.

 

2006/07. Premyer Liqa

05.08.2006. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0

 

2006/07. Premyer Liqa

12.02.2007. İnter (Bakı) - Gilan (Qəbələ) - 2:0

Daniel Axtyamov, 57,62

 

2007/08. Premyer Liqa

02.12.2007. Qəbələ - İnter (Bakı) - 2:1

Vitali Balamestni, 10, 47 – Nizami Hacıyev, 65

 

2007/08. Premyer Liqa

28.05.2008. İnter (Bakı) - Qəbələ - 4:0

Roman Quello, 22, Xaqani Məmmədov, 35, Mahmud Qurbanov, 44, Petar Zlatinov, 75

 

2008/09. Premyer Liqa

30.08.2008. İnter (Bakı) - Qəbələ - 1:1

Valter Quqlemon, 85 - Tyaqu da Silva, 23

 

2008/09. Premyer Liqa

07.03.2009. Qəbələ - İnter (Bakı) - 0:1

Valter Quqlemon, 32

 

2008/09. Azərbaycan kuboku

29.04.2009. İnter (Bakı) - Qəbələ - 5:0

Valter Quqlemon, 5, 12-p., Petar Zlatinov, 8, Danildo Assioli, 60, İvan Testimitianu, 76

 

2008/09. Azərbaycan kuboku

06.05.2009. Qəbələ - İnter (Bakı) - 2:0

Kənan Kərimov, 40, Azər Bağırov, 87

 

2009/10. Premyer Liqa

26.09.2009. İnter (Bakı) - Qəbələ - 3:2

Vladimir Levin, 68; Da Silva Roşa Leonardo, 88; Girts Karlson, 90 - İqor Melnik, 36; Kristian Torres, 69

 

2009/10. Premyer Liqa

24.12.2009. Qəbələ - İnter (Bakı) - 0:1

Petar Zlatinov, 87

 

2009/10. Premyer Liqa

10.04.2010. Qəbələ - İnter (Bakı) - 1:1

Kənan Kərimov, 90-p. - Robertas Poşkus, 61-p.

 

2009/10. Premyer Liqa

15.05.2010. İnter (Bakı) - Qəbələ - 4:1

Petar Zlatinov, 16-p.; Robertas Poşkus, 40; 47; 67 - Tomaş Stolpa, 90+1

 

2010/11. Premyer Liqa

19.09.2010. Qəbələ - İnter (Bakı) - 0:1

Rövşən Əmiraslanov, 35

 

2010/11. Premyer Liqa

13.11.2010. İnter (Bakı) - Qəbələ - 0:0

 

2011/12. Premyer Liqa

23.10.2011. İnter (Bakı) - Qəbələ - 1:1

Danildo Assioli, 20-p. - Deon Barton, 58-p.

 

2011/12. Premyer Liqa

11.12.2011. Qəbələ - İnter (Bakı) - 0:0

 

2011/12. Premyer Liqa

24.03.2012. Qəbələ - İnter (Bakı) - 2:1

Yannik Kamanan, 60; Deon Barton, 83 - Nizami Hacıyev, 76

 

2011/12. Premyer Liqa

22.04.2012. İnter (Bakı) - Qəbələ - 2:1

Nizami Hacıyev, 25;  İbrahima Niasse, 31 - Dodo, 8

 

2012/13. Premyer Liqa

10.08.2012. Qəbələ - İnter (Bakı) - 1:0

Lurival Rodrigez, 14

 

2012/13. Premyer Liqa

17.02.2013. İnter (Bakı) - Qəbələ - 2:1

Arif Daşdəmirov, 7; Samir Zərgərov, 73 - Yannik Kamanan, 23

 

2012/13. Premyer Liqa

13.03.2013. Qəbələ - İnter (Bakı) - 1:2

Viktor Mendi, 62 - Asif Məmmədov, 26; Yuri Fomenko, 29

 

2012/13. Premyer Liqa

19.05.2013. İnter (Bakı) - Qəbələ - 1:0

Ramil Mansurov, 87

 

2013/14. Premyer Liqa

11.08.2013. Qəbələ - İnter (Bakı) - 3:2

Leonardo da Silva, 54-p.; Vladimir Levin, 70; İbrahima Niasse, 83 – Slavço Georgiyevski, 20; Vaqif Cavadov, 90+2

 

2013/14. Premyer Liqa

19.10.2013. “İnter” – “Qəbələ” - 0:1

Daniel Subotiç, 45

 

2013/14. Premyer Liqa

23.03.2014. “Qəbələ” - “İnter” - 1:4

Viktor Mendi, 89 - Baçana Sxadadze, 14, Mikel Alvaro, 46, 54, Matija Spiçiç 57

 

2013/14. Premyer Liqa

12.05.2014. “İnter” - Qəbələ - 0:0

 

2014/15. Premyer Liqa

10.08.2014. İnter (Bakı) - Qəbələ - 4:0

Aleksandr Amisulaşvili, 9, Mikel Alvaro, 15, 71, Məhəmməd Mirzəbəyov, 19

 

2014/15. Premyer Liqa

21.12.2014. “Qəbələ” – “İnter” - 1:1

Dodo, 38 - Məhəmməd Mirzəbəyov, 67

 

2014/15. Premyer Liqa

18.03.2015. “İnter” – “Qəbələ” - 1:2

Aleksandr Amisulaşvili, 74 - Aleksey Qay, 40, Ruslan Abışov, 90+1

 

2014/15. Premyer Liqa

16.05.2015. “Qəbələ” – “İnter” - 1:1

Aleksey Qay, 5 - Asif Məmmədov, 27

 

2015/16. Premyer Liqa

12.09.2015. “İnter” – “Qəbələ” - 2:1

Dieqo Martins, 10, 29 -  Aleksey Antonov, 84

 

2015/16. Premyer Liqa

09.11.2015. “Qəbələ” – “İnter” - 1:1

Aleksey Antonov, 30 -  Dieqo Martins, 35

 

2015/16. Premyer Liqa

07.02.2016. “İnter” – “Qəbələ” - 0:1

Ermin Zets, 18

 

2015/16. Premyer Liqa

03.04.2016. “Qəbələ” – “İnter” - 0:0

 

2016/17. Premyer Liqa

12.08.2016. “Qəbələ” – “İnter” - 0:0

 

2016/17. Premyer Liqa

15.10.2016. “İnter” – “Qəbələ” - 1:1

Ağabala Ramazanov, 48 - Sergey Zenyov, 69





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right