"Neftçi"də zədəlilərin durumu: İkisi qayıtdı, biri gözləyir

Azərbaycan Premyer Liqasının XXI turunda öz meydanında “Zirə”ni qəbul edəcək “Neftçi” hazırlıqlarını davam edirir.

Newsport.az-ın məlumatına görə, “ağ-qaralar”ın zədəli futbolçuları Ruslan Abışovla Mahir Şükürov artıq bərpa prosesini başa vurublar.  Hər iki futbolçunun “Zirə” ilə qarşılaşmaya hazır olacağı gözlənilir.

Ancaq komandanın digər zədəlisi Cavid İmamverdiyevlə bağlı eyni sözləri demək mümkün deyil. Əzələsində problem olan yarımmüdafiəçi böyük ehtimalla ”Zirə” ilə matçda iştirak etməyəcək.

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu fevralın 5-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right