Nika Kvekveskiri: "Әliyar Ağayev mәnә qırmızı göstәrmәmәli idi"

"Qәbәlә"nin futbolçusu Nika Kvekveskiri "Kәpәz"lə oyunda yaşanan gərginliklə bağlı danışıb. 

Newsport.az-ın xəbərinə görə, gürcüstanlı yarımmüdafiəçi "Qafqazinfo"ya açıqlamasında rəqib komandanın futbolçusu Nicat Qurbanovun ona sillə vurması və hakim Әliyar Ağayevin hər ikisinə qırmızı vәrәqә göstərməsinə etiraz edib:

"Mәni verilәn qırmızı vәrәqә milyon faiz yanlış idi. Hakim niyә mәni meydandan qovdu bilmirәm. Nicatı vurmadım vә ona heç bir söz demәdim. Ağzımdan heç bir pis söz çıxmadı. O, mәni vurdu vә qırmızı vәrәqә almalı idi. Әliyar Ağayev mәnә qırmızı göstәrmәmәli idi".

Qafqazinfo





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right