"Qəbələ"nin futbolçusunu sillə ilə vurdu Gəncədə dava

Premyer Liqanın 20-ci turunda hazırda keçirilən "Kəpəz" - "Qəbələ" oyununda  futbolçular arasında dava düşüb.
Newsport.az-ın xəbərinə görə, matçın 38-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Nika Kvekveskiri meydan sahiblərinin oyunçusu Nicat Qurbanova qarşı kobud oynayıb. Bundan sonra futbolçular arasında mübahisə yaranıb, gürcü futbolçu Nicatı itələyib, sonuncu isə buna cavab olaraq "Qəbələ"li futbolçunu sillə ilə vurub. 
 
Nəticədə görüşün baş hakimi Əliyar Ağayev hər iki futbolçunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right