“Bütün fikrimizi “Qarabağ”la oyuna yönəldəcəyik”

“Zirə” ilə matça qalibiyyət üçün çıxmışdıq. Qələbəyə inamımız çox idi”.

Newsport.az -ın məlumatına görəbu sözləri  “Sumqayıt”ın futbolçusu Rail Məlikov deyib.

Premyer Liqanın 20-ci turunda “Zirə”yə uduzduqları oyun (0:1) haqda danışan təcrübəli müdafiəçi məğlubiyyətin səbələrini açıqlayıb:

“Qol buraxdıqdan  sonra hesabı bərabərləşdirmək çətin oldu. Çünki rəqib bütün komanda ilə müdafiəyə çəkildi. Bu durumda rəqib qapısına yol tapmaq çətinləşdi. Oyunda səhvlərimiz çox idi. Bunun fərqindəyik. Daha çox çalışıb, bu səhvləri aradan qaldıracağıq. Növbəti turda bizi “Qarabağ”la  çətin matç gözləyir. Bütün fikrimizi o matça yönəldəcəyik və qələbə əzmi ilə matça çıxacağıq”.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right