Bu gün Azərbaycan Premyer Liqada 20-ci tura yekun vurulacaq.
Newsport.az -ın məlumatına görə, lider “Qəbələ” Gəncədə “Kəpəz”in qonağı olacaq. Son 6 oyundur qələbəyə həsrət qalan Şahin Diniyevin komandası doğma meydanda rəqibindən xal almağa çalışacaq. “Qəbələ” isə liderliyini qorumaq üçün çətin səfər oyunundan xalla qayıtmalıdır.
Günün digər oyununda “Qarabağ” öz meydanında “İnter”i qəbul edəcək. Paytaxt klubu Ağdam təmsilçisi üçün çətin rəqibdir. Belə ki, “İnter” cari mövsüm “Qarabağa” məğlub olmayan yeganə komandadır.
28 fevral (çərşənbə axşamı)
Azərbaycan Premyer Liqası
XX tur
18:00. “Qarabağ” - “İnter” - 0:1
Qol: Zurab Xizanaşvili, 72
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
“Azersun Arena”
15:00. “Kəpəz” - “Qəbələ” - 1:1
Qol: Şəhriyar Rəhimov, 36 (1:0), Renan da Silva, 53-avtoqol (1:1)
Qırmızı vərəqələr: Nicat Qurbanov, 38 ("Kəpəz"), Nika Kvekveskiri, 38 ("Qəbələ")
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
Gəncə şəhər stadionu