Elvin Məmmədov: "Qarşımıza məqsəd qoymuşuq ki, Avropa Liqasına vəsiqə qazanaq"

“Zirə”nin kapitanı Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sumqayıt"la oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Bizim üçün önəmli oyun idi. “Sumqayıt” turnir cədvəlində 4-cü pillədə idi. Avropa Liqasına vəsiqə qazanmaq üçün bu matçı qazanmaq vacib idi. Oyuna çox yaxşı hazırlaşmışdıq. “Qəbələ” və “İnter”lə heç-heçə etdik. Bu da bizim 4-cü pilləyə qalxmağımıza mane oldu. “Sumqayıt”la oyunda da qələbə qazanmalı idik və bunu bacardıq. Növbəti oyunlara hazırlaşmalıyıq. Mübarizə sona qədər davam edəcək, arxayınlaşmaq olmaz.

- İlk qolu vurulduqdan sonra komanda fərqi artıra bilərdi, ancaq son nöqtəni qoyan olmadı...
- Artıq neçə matçdır ki, qol vurmaq üçün hər şeyi edirik, amma son anda nəsə çatışmır. Məşqlərdə bunun üzərinə çox çalışırıq. Əvvəlki oyunlara nisbətən, hücumda problemlərimiz yavaş-yavaş düzəlir. Daha çox çalışıb, bu problemləri aradan qaldırmağa çalışacağıq.

- Mövsümün sonuna qədər turnir cədvəlində öz mövqeyinizi qoruya biləcəksiniz?

- Qarşıda hələ çətin matçlarımız var, güclü rəqiblərlə qarşılaşacağıq. Qış fasiləsindən sonra oyunlara daha ciddi hazırlaşmağa çalışırıq. Qarşımıza məqsəd qoymuşuq ki, ən azından 4-cü pillədə möhkəmlənib, Avropa Liqasına vəsiqə qazanaq.

- Vacib qələbədən sonra baş məşqçi sizə nələr dedi?

- Oyunu hələ analiz etməmişik, o haqda danışmamışıq. Sadəcə, qələbəyə görə bizi təbrik etdi. Düzdür, oyunda səhvlərimiz də oldu, bəzi qol epizodlarından yararlana bilmədik. Amma bunu daha sonra danışacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right