"Sumqayıt"ın məşqçisi: "Fasilədə buna görə üzr istədi"

Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sumqayıt” səfərdə “Zirə”yə 0:1 hesabıyla məğlub oldu. Oyunsonrası mətbuat konfransında cəzalı olan “kimyaçılar”ın baş məşqçisi Samir Abasovu onun köməkçisi Vəfadar Quliyev əvəz edib.

Newsport.az-ın məlumatına görə, Quliyev oyunla bağlı bunları deyib:

- “Zirə”ni təbrik edirm. Gərgin oyun getdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. İkinci hissədə isə öz oyunumuzu oynadıq. İkinci hissəyə görə futbolçulara təşəkkür edirəm.

- Bu gün Samir Abasovun texniki zonada olmaması nəticəyə nə dərəcədə təsir göstərdi? 

- Əlbəttə, Samir müəllim olsa, daha yaxşı oyanayardıq. Ancaq düşünmürəm ki, baş məşqçinin olmaması çox ciddi təsir göstərib.

- Oyunun əvvəlində Məhəmməd Qurbanov məşqçilər korpusuna kəskin etiraz etdi. Buna səbəb nə idi?

- Bu, futbolda olur. Fasilədə buna görə üzr istədi.

-  Samir Abasov əvvəl cəzalı olduğu oyunda əvəzetmələri telefonla çatdırırdı. Bu dəfə necə idi?

- Bu dəfə tribuna ilə texniki zona arasında məsafə qısa olduğundan, buna ehtiyac qalmadı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right