"Kəpəz" Gəncədə son məşqə çıxdı

Azərbaycan Premyer Liqasında XX turun oyunları çərçivəsində “Kəpəz” sabah doğma divarlar arasında meydana çıxacaq.

Newsport.az-ın məlumatına görə, “sarı-göylər” çempionatın lideri “Qəbələ”ni qəbul edəcək. Nizami yurdunun təmsilçisi bu rəqibə qarşı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirib. Bu gün Gəncəyə gedən komanda matçın keçiriləcəyi şəhər stadionunda son məşqinə çıxıb.

“Kəpəz”in heyətində oyunöncəsi yalnız bir itki var. Tural Nərimanov zədə səbəbindən qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right