"Çox şeyi açıqlamaq istəmirəm" - Tərlan Əhmədov

Azərbaycan Premyer Liqasının 20-ci turunun ilk matçında AZAL doğma meydanda "Neftçi"ni qəbul edib.

Newsport.az-ın məlumatına görə, qarşılaşma "Neftçi"nin 1 - 0 hesablı qələbəsiylə başa çatıb.Matçdan sonra təşkil edilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov öncə matç haqda danışıb :

- Rəqibi təbrik edirəm. Birinci hissədən razı qalmadım. Amma son 20 dəqiqədə rəqibi təzyiq altında saxladıq. Heyf ki, erkən qol həlledici oldu. Ümumilikdə yaxşı oynadıq. Sadəcə, son ötürmələr dəqiq olmur. Bundan sonra nəyisə dəyişmək deməyək, yeni gələn futbolçularla daha yaxşı çıxış etmək olar. Samir Məsimovun oyunundan razı qaldım. Mehdi Taouil də soyuqqanlı futbolçudur.

- Vaqif Cavadovdan razı qaldınız?

- Vaqif ideal formasından çox uzaqdır. O, 30-40 faiz hazırdır. Cavadovun təcrübəsi bizə kömək olacaq.
 
- Döyüşmək deyirsiniz, AZAL-ın üzvləri samuraydı, yoxsa futbolçu?
- Oyunçulara dedim ki, artıq mənə futbol yox, 3 xal verin. Potensial cəhətdən ötən mövümlə müqayisədə daha yaxşı heyət var. Amma nəticə qazana bilmirik. Bunun da çox səbəbləri var. Çox şeyi açıqlamaq istəmirəm. Biz ilk turda zərbə aldıq. İndi futbolçular qorxa-qorxa oynayır, hakimə nəsə deməyə çəkinirlər. Tounkaraya baxın. Zərbə alan futbolçu sonra qorxur. Biz büdcədə hamıdan geri qalırıq. Bura samuray yox, qladiator da gətirsəniz, çətin məsələdir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right