Azərbaycan Premyer Liqasının 20-ci turunun ilk matçında AZAL doğma meydanda "Neftçi"ni qəbul edib.
Newsport.az-ın məlumatına görə, qarşılaşma "Neftçi"nin 1 - 0 hesablı qələbəsiylə başa çatıb.Matçdan sonra təşkil edilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev qısa danışıb:
"Oyunun ağır keçəcəyini bilirdik. Buna görə də matça ciddi hazırlaşmışdıq. Biz 3 xal üçün gəlmişdik, onu da qazandıq. AZAL-a da uğurlar arzulayıram".