AZAL-da 2 debüt

AZAL-ın yeni transferi Samir Məsimov AZAL-ın heyətində ilk matçına çıxıb.
 
Newsport.az-ın məlumatına görə, gənc yarımmüdafiəçinin debütü keçmiş komandası "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XX tur matçına təsadüf edib. 
 
O, 59-cu dəqiqədə Rəşad Abdullayevin əvəzinə meydana daxil olub. 
 
Bu matç AZAL-dan mərakeşli Mehdi Taouil üçün də əlamətdar olub. Mərakeşli futbolçu start heyətində yer alıb. AZAL-ın digər yeni transferi Bəxtiyar Soltanovun adı "18-liy"ə daxil edilməyib.
 
Qeyd edək ki, Samir Məsimov ötən ilin fevralında "Neftçi"dən ayrılaraq, Sloveniya "Domjale"sinə keçmişdi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right