Bu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.
Newsport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçı Şüvəlanda baş tutacaq. AZAL öz meydanında “Neftçi” ilə qarşılaşacaq.
Digər qarşılaşma isə Zirədə oynanılacaq. Eyniadlı komanda “Sumqayıt”la üz-üzə gələcək. Bu komandaların 4-cü yer uğrunda mübarizə aparmaları, aralarındakı xal fərqinin cəmi 2 olması görüşə marağı artırır.
Azərbaycan Premyer Liqası
XX tur
27 fevral (bazar ertəsi)
18:00. “Zirə” - “Sumqayıt” - 1:0
Qol: Riçard Qadze, 35
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu
15:30. AZAL - “Neftçi” - 0:1
Qol: Daniel Seqovia, 4
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
AZAL Arena