Kaxaber Sxadadze-“Qarabağ”dan belə aqressivlik gözləmirdik”

İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qarabağ"a qarşı matçdan (0:0) sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə,  gürcü mütəxəssis futbooçularının oyunundan razı qaldığını deyib:“Çox maraqlı görüşün şahidi olduq. Birinci hissədə sürətli oyun izlədik. “Qarabağ”ın matça belə aqressiv başlayacağını gözləmirdik. Amma ikinci hissədə  daha yaxşı oyun sərgilədik. Keyfiyyət daha yüksək olsaydı, qələbə qazana bilərdik. Bütün bunlara baxmayaraq, oyunçularımı təbrik edirəm. “Neftçi” ilə ağır matçdan sonra bu gün futbolçularım yaxşı oyun göstərdilər. İndi gələcək oyunlara lazımınca hazırlaşmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right