"Heç-heçə daha ədalətli nəticədi" – Qurban Qurbanov

"Meydançaya üç xal qazanmaq üçün çıxmışdıq. Amma heç-heçəni daha ədalətli nəticə sayıram”.

Newsport.az-ın məlumatına görə,  bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda "İnter"ə qarşı bərabərə qaldıqları oyundan (0:0) sonra deyib.

 

O, nəticəni  ədalətli hesab edib:“Çox maraqlı oyun alındı. Ən az qol vuran və ən az qol buraxan komandaya qarşı mübarizə apardıq. Oyunda bircə qol çatışmadı. Hər iki komanda qol vurmağa layiq idi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right