"Kəpəz" - "Qəbələ": 15-ci qarşılaşma

“Qəbələ” Azərbaycan Premyer Liqasının XX turunda “Kəpəz”lə qarşılaşacaq.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fevralın 28-də keçiriləcək qarşılaşma komandalar arasında 15-ci oyun olacaq. İlk dəfə 2010/11 mövsümündə üz-üzə gələn rəqiblər indiyədək 14 dəfə qarşılaşıb. Bu matçların hamısı çempionat çərçivəsində oynanılıb. Bu görüşlərdə üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. 6 qələbə qazanan komanda 4 heç-heçə edib və 4 dəfə məğlub olub. Son üç görüşdə də Roman Qriqorçukun komandası qalib gəlib. 25 qolun vurulduğu duellərdə “Qəbələ” 14, “Kəpəz” 11 dəfə fərqlənib.

Əvvəlki matçların 8-ni evdə, 6-nı səfərdə keçirən "Qəbələ" rəqib meydanındakı ilk 5 matçda 2 heç-heçə edib, 3 dəfə uduzsa da, son qarşılaşmadan qələbə ilə ayrılıb. Səfər oyunlarındakı top fərqi 3:7-dir.

Maraqlıdır ki, “Qəbələ”nin 14 qoluna fərqli futbolçular imza atıb. Hazırda heyətdə olan Baqali Dabo, Ruslan Qurbanov, Filip Ozobiç və Tellur Mütəllimov yenə fərqlənmək imkanına malikdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right