"Zirə" "Sumqayıt"a qalib gəldi, "Neftçi" AZAL-la bacarmadı

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XX tura start verilib.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Zirə” öz meydanında “Sumqayıt”ı 3 cavabsız qolla məğlub edib.

AZAL - “Neftçi” matçında isə 1:1 hesablı bərabərlik qeydə alınıb

 

25 fevral

AZAL - “Neftçi” – 1:1
Qollar:
 Elçin İsmayılov, 7 // Kənan Mirzəliyev, 38

“Zirə” - “Sumqayıt” – 3:0
Qollar:
 İlkin Muradov, 21; Yamin Ağakərimzadə, 38; Muxtar Əliyev, 86 

Qeyd edək ki, turnir cədvəlinə 41 xalla "Qəbələ" başçılıq edir. "Neftçi" 38 xalla 2-ci, "Qarabağ" isə 37 xalla 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right