“Şəmkir”in yeni baş məşqçisi açıqlandı

Birinci divizion təmsilçisi “Şəmkir”in yeni baş məqşçisi bəlli olub.

Newsport.az-ın məlumatına görə, qərb təmsilçisi “sükan”ı gürcü mütəxəssis Badri Kvaratsxeliyaya həvalə edib. O, bu postda bir müddət öncə istefa verən Qəhrəman Əliyevi əvəz edib. Sabiq hücumçu 1998-2005-ci illər aralığında “qırmızı-ağlar”ın şərəfini qoruyub.

Xatırladaq ki, 16 turdan sonra hesabında 31 xal olan “Şəmkir” 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right