"Qəbələ"nin futbolçusu əməliyyat olundu FOTO

"Qəbələ" klubunun futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub.
 
Newsport.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbuldakı "Acıbadem" Kadıköy Xəstəxanasında baş tutub.

 

Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.

 

Qeyd edək ki, Elvin Camalov fevralın 12-də Azərbay Premyer Liqasının XVIII turunda "Zirə” ilə  keçirilən oyunda zədələnib. Müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanıb və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right