Samir Məsimov rəsmən AZAL-da

Azərbaycan Premyer Liqasının autsayderi növbəti transferi rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, bakılılar U-21 millimizin sabiq üzvü Samir Məsimovla anlaşıb. Məlumatı açıqlamasında "təyyarəçilər"in mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov da təsdiqləyib. Klub rəsmisinin sözlərinə görə, Məsimov mövsümün sonuna qədər AZAL-ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Məsimov ötən mövsüm "Neftçi"dən Sloveniyanın "Domjale" klubuna transfer olunmuşdu. Sloveniya təmsilçisində işləri yolunda getməyən yarımmüdafiəçi, "Domjale"dən ayrıldıqdan sonra bir müddət Qazaxıstanın "Okjetpes" klubunda baxışda da olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right