Premyer Liqasının XIX turunda "Kəpəz"lə ev oyununda zədə alan "Neftçi"nin kapitanı Ruslan Abışovun durumuna aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi bu gün yekun tibbi müayindən keçib. Abışovun əzələsində zədə aşkarlanıb. Ruslanın 1-2 həftə sonra komanda ilə məşqlərə başlaya biləcək.
Kapitan zədə səbəbindən XX turun AZAL-la qarşılaşmasını buraxmalı olacaq.
Qeyd edək ki, Abışov "Kəpəz"lə matçda zədələndiyi üçün 17-ci dəqiqədə Cavid İmamverdiyevlə əvəzlənib.