Bu gün 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində III turun oyunları baş tutub. Newsport.az xəbər verir ki, turnirdə mübarizə aparan milli komandamız növbəti matçına çıxıb.
Belçikada keçirilən seçmə mərhələnin ilk turunda meydan sahiblərinə 0:3 hesabı ilə uduzub, İsveçrəni 2:1 hesabı ilə məğlub edən Mirbağır İsayevin yetirmələri bu dəfə Bosniya və Herseqovina yığması ilə üz-üzə gəlib.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtdada qol olamdığı üçün oyun taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burada isə Bosniya və Herseqovina millisi daha dəqiq oynayaraq, 4 xalla qrupu 2-ci pillədə başa vurub.
IX qrupun digər oyunda isə İsveçrə Belçika ilə qarşılaşıb. Matçda turnirin təşkilatçıları 1:0 hesabı ilə uduzub. Buna baxmayaraq U-17 Milli komandamız ən yaxşı 5 qrup 3-cüsündən biri olaraq Elit raunda vəsiqə qazandı
U-17-lər arasında AÇ-nin ilkin seçmə mərhələsi
28 oktyabr
Bosniya və Herseqovina – Azərbayca - 1:1
Penaltilər seriyası - 4:3
QOLLAR: Denis Zeriç,11 - Oruc İsmayılov, 26
Eisden (Belçika). Patro Eisden stadionu
Baş hakim: Rob Rogers (İrlandiya)
Baş hakimn köməkçiləri: Mark Gavin (İrlandiya), Florian Lemaire (Belçika)
Dördüncü hakim: Jan Krieken (Belçika)
UEFA nümayəndəsi və hakim-inspektor: Emil Bozinovski (Makedoniya)