"Qəbələ" "Qarabağ"ı udub liderliyə yüksəldi YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq. 
 
Newsport.az-ın məlumatına görə, həftənin son oyun günündə 2 matç keçiriləcək.
 
Əvvəlcə diqqətlər Sumqayıta yönələcək. Şəhərin eyni adlı təmsilçisi ilə AZAL komandası üz-üzə gələcək. Bu, sözügedən komandaların ölkə çempionatlarında 23-cü dueli olacaq. 
AZAL 8 xalla sonuncu pillədə qərarlaşsa da, "Sumqayıt” üçün arzuolunmaz rəqib sayılır. Çünki əvvəlki 22 matçdan 8-də "təyyarəçilər”, 4-də isə "gənclər şəhəri” təmsilçisi qalib gəlib. Cari mövsümün ilk iki dövrəsində isə qalib müəyyənləşməyib.
 
Turun son matçı cari mövsümdə çempionluğa əsas namizədlər – "Qəbələ” və "Qarabağ” komandaları arasında keçiriləcək. Ağdam klubu hazırda 42 xalla lider olsa da, Qəbələnin eyni adlı təmsilçisi bu gün qalib gələcəyi halda, rəqibi ilə xal hesabını bərabərləşdirəcək və zirvəni ələ keçirəcək. 
 
Azərbaycan Premyer Liqası
XIX tur
19 fevral (bazar)
 
17:30.“Qəbələ” – “Qarabağ” - 2:0 
Qol: 
Sergey Zenyov, 29, Filip Ozobiç, 69
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
Qəbələ şəhər stadionu


15:30.“Sumqayıt” - AZAL - 1:0 
Qol: 
Yusif Nəbiyev, 13
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
"Kapital Bank Arena"




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right